İngilis dilindən açıq dərs keçirildi

Aprelin 12- də Mübariz Nəcəfov adına 86№li tam orta məktəbin ingilis dili müəllimi Züleyxa Qafarova 6 "C" sinif şagirdləri ilə “Can you cook?” mövzusunda açıq dərs keçirdi.  Dərsdə məktəbin direktoru Arzu Azadəliyeva, direktor müavinləri və ingilis dili müəllimləri iştirak etdi. Açıq dərs müasir tələblərə uyğun kecirildi. Mövzuya uyğun olaraq şagirdlər 2 qrupa bölündülər. I qrup - "Qırmızı alma", II qrup - "Yaşıl alma" adlandırıldı. Şagirdlərimizin fəal iştirakı diqqətə layiq idi. Dərs müddətində şagirdlərimiz qruplar şəklində verilən tapşırığı həll etdilər. Dərsin əsas məqsədi mətbəx fəaliyyətini şagirdlərə mənimsətmək və tapşırıqda verilən resepti buraxılmış fellərlə tamamlamaq idi. Qruplar felləri tamamlayaraq  resepte uyğun olaraq I qrup kokteyl, II qrup isə kələm saladı hazırladılar. Hər iki qrup gigiyenik qaydalara əməl edərək əlcək geyinib, önlüklərini  bağladılar. İlk öncə qruplar tərəfindən hazırlanmış salad və kokteyli hər qrupun aşbazı dadaraq rəylərini bildirdilər. Daha sonra hər iki qrup hazırladıqları salad və kokteyldən müəllimlərə servis edərək onların da rəylərini aldılar.

Dərsdə vaxt çox düzgün bölünmüş, vaxtdan səmərəli istifadə edilmişdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi