Xalq Təhsili Muzeyinə ekskursiya

 

Yanvarın 31-də şagirdlərin qış tətilini mənalı və asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq, dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, həmçinin onlar arasında Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixinin öyrənilməsi və təbliği məqsədilə məktəbimizin 5”b” sinif şagirdləri, bir neçə valideyn və sinif rəhbəri Sədaqət Əliyeva Xalq Təhsili Muzeyində ekskursiyada olublar. Muzeydə ölkəmizin təhsilini əks etdirən maraqlı sənəd və məlumatlar, maketlər, şəkillər və eksponatlar nümayiş olunur. Muzeyin daimi ekspozisiyası 6 salonda yerləşdirilmişdir. Salonun "Heydər Əliyev və təhsil" adlı birinci bölməsi Heydər Əliyevin bu istiqamətdə fəaliyyətinə həsr edilmişdir. Həmçinin Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində fəaliyyəti həmin bölmədə əks etdirilir. Şagirdlər muzeyin salonlarını gəzərək Azərbaycanın qədim zamanlarda, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-1920-cı illərində olan sənədlərinə baxır, bələdçini diqqətlə dinləyirdilər. Təhsil Muzeyinə ekskursiya zamanı şagirdlər Azərbaycanın təhsili haqqında çoxlu məlumatlar öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi