Rəqəmlərin riyazi düzülüşünə aid açıq dərs

Noyabrın 13-də 86 №li tam orta məktəbin riyaziyyat müəllimi Gülnaz Hüseynova 5 “C” sinfində “Rəqəmlərin riyazi düzülüşü”nə aid açıq dərs keçirdi. Dərsin məqsədi şagirdlərin riyaziyyat fənninə marağını oyatmaq, onları bəzi riyazi əməllərlə tanış etmək və əldə etdikləri bilikləri misal və məsələlərdə tətbiq etməyi öyrətməkdir. Aparıcılar: Amin Qasımxanov tarixçi, Fatimə Kərimli professor rolunda, iştirak edən rəqəmlərin hər biri özlərinin unikal cəhətləri haqqında danışdılar. Eyni zamanda özlərinin nə üçün əsas olduqlarını sübut etdilər. Tarixçi keçmişdə mövcud olan rəqəmlər  haqqında əfsanələri danışırdı, professor isə deyilənləri elmi cəhətdən təsdiqləyirdi. Dərsin sonunda belə qərara gəldilər ki, bütün saylar vacibdir, bütün rəqəmlər lazımlıdır. Bu dərsdə tarix, həyat bilgisi və ana dili fənninə inteqrasiya oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi