“Konstitusiya və Suverenlik İli”nin “Bilik günü” tədbiri

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli”nin “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin rəhbər və pedaqoji heyəti, şagird və valideyn kollektivi iştirak, həmçinin Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Məktəbin direktoru Günel Səmədova çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə şagirdləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. Günel Səmədova yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs edib.

   Mehriban İsrafilova ümumi təhsil müəssisələrində ilk dərslərin “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacağını çıxışı zamanı vurğulayıb.

   Tədbirin bədii hissəsində birinci sinif şagirdlərinin təqdimatında müxtəlif şeirlər səsləndirilib, mahnı ifa edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi