Müəllimlərlə seminar təşkil olunub

“Müasir metodist” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsinə və şagirdlərin akademik nailiyyətlərinin artırılmasına töhfə verməyi hədəfləyir. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin müəllimləri ilə bu mövzuda maarifləndirici seminar təşkil olunub. Seminar çərçivəsində müəllimlərlə tanışlıqdan sonra dərsdinləmələrin əhəmiyyəti barədə onlara ətraflı məlumat verilib. Metodist (ad/soyad) müəllimlərin metodiki və pedaqoji bilik və bacarıqlarının meyarlara əsasən dəyərləndiriləcəyi və onlara fərdi rəy veriləcəyini bildirib.
Sonda müəlllimlərə ”Bilik günü” tədbirinin təşkil edilməsi qaydaları və onlara əməl olunması ilə əlaqədar maarifləndirici məlumatlar verilib.