“Şahin” hərbi-idman oyunun mükafatlandırılma mərasimi

   Aprelin 9-da  “Şahin” hərbi-idman oyunun Xətai rayon mərhələsinin qalib komandalarının mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, BŞGİİ-nin Xətai rayonu üzrə gənclər və idman sektorunun müdiri Tural Əhmədov və qalib gələn məktəblərin komandaları, həmçinin onların Hərbi rəhbərləri iştirak ediblər.   “Şahin” hərbi - idman oyunun yekun nəticələrinə əsasən I yeri tutan Humanitar Fənlər Təmayüllü məktəb-liseyin, II yeri tutan 86 saylı tam orta məktəbin, III yeri tutan 263 saylı tam orta məktəbin qalib komandaları kubok və diplomlarla təltif olunublar. Şagirdlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi