Qohum nikahların fəsadları

   Ümumtəhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə “Ümumtəhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait”ə əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdləri ilə “Qohum nikahların fəsadları” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda məktəbin psixoloqu Şəfəq Soltanova, uşaq birliyi təşkilatı rəhbəri Şərqiyyə Əliyeva, həkim Afət Musayeva, tibb bacısı Samirə İbrahimova və şagirdlər iştirak ediblər.

   Afət Musayeva qohum nikahların əsas fəsadının doğulan uşaqlarda genetik xəstəliklərin daha çox müşahidə olunması, həmçinin bu evlilikdən olan uşaqların anadangəlmə qüsurlarla dünyaya gələ bilməsi barədə şagirdlərə geniş məlumat verib.

   Şəfəq Soltanova qohum nikahlarının adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulduğunu, lakin bunun gələcəkdə genetik xəstəliklərin artmasına səbəb olacağını çıxışı zamanı bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi