Şagirdlərdə mütaliə mədəniyyətinin formalaşması

   

   Müasir məktəb kitabxanası sadəcə kitab kolleksiyası deyil, dünyanı şagirdlərə uyğunlaşdıran, əlçatan edən ünvandır. Bu baxımdan, Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə kitabxana müdiri Gülnarə Abbasovanın təşəbbüsü, 5a sinif şagirdlərinin iştirakı ilə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd təhsilalanları dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək, kitaba olan marağı artırmaq, onlara mütaliə vərdişlərini aşılamaq, eyni zamanda şagirdlərin şəxsi inkişafı və özünü dərk etməsinə şərait yaratmaqdır.

   Gülnarə Abbasova şagirdlərə asudə vaxtlarında mütaliə etmək üçün müxtəlif janrlarda olan ədəbiyyatlardan istifadə etmələrini tövsiyə edib, bədii ədəbiyyat, uşaq ədəbiyyatı, xarici ədəbiyyat, şifahi xalq ədəbiyyatı, dünya ədəbiyyatı, nağıllar bölmələri üzrə olan kitablarla onları yaxından tanış edib.

   Tarix müəllimi Samirə Şıxəliyeva şagirdlərə Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidləri, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı geniş məlumat verib. Məktəb kitabxanaçıların iştirakı ilə vətənpərvərliyə həsr olunmuş əsərlər oxunub və müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi