“Valideyn-müəllim-şagird üçbucağı”

   Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Valideyn-müəllim-şagird üçbucağı” layihəsinə əsasən  Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə görülən işlər davam edir. Layihənin keçirilməsinin əsas məqsədi valideyn-məktəb  münasibətlərinin inkişaf etdirilməsi, effektiv kommunikasiyanın qurulması üçün yeni yanaşmaların tətbiq olunması, qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsindən ibarətdir. Valideynlərlə “Məktəbdə təhsil alan şagirdlərə sağlam ailə əlaqələrinin və dəyərlərinin öyrədilməsi” mövzusunda fikir mübadiləsi aparılıb. Həmçinin buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərin valideynlərinə məktəb rəhbərliyi tərəfindən təşəkkür məktubu təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi