Aprel döyüşləri- Tarixi Zəfərin başlanğıcıdır!

   Bu gün Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən səkkiz il ötür. Bu tarixi günlə əlaqədar Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 7d sinif şagirdlərinin iştirakı, tarix müəlimi Ayşəm Həsənovanın rəhbərliyi ilə “Dəyirmi masa” təşkil olunub. “Dəyirmi masa” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

   Ayşəm Həsənova şagirdlərə 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimizin təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində 2 min hektardan artıq ərazini işğaldan azad etdiyi haqqında ətraflı məlumat verib.

   Dərsin sonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurları, həmçinin 44 günlük II Qarabağ müharibəsi zamanı qazanılan tarixi qələbəsi videoçarxlarla şagirdlərə nümayiş etdirilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi