“Çərşənbə iməcilikləri”

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planına əsasən “Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində məktəbimizdə “Çərşənbə iməcilikləri” keçirilir. Novruz və ilaxır çərşənbələr təbiətin oyanışı və saflığı, təmizlik və dürüstlük kimi dəyərləri də təbliğ edir. Bu məqsədlə məktəbyani ərazidə iməcilik keçirildi. Məktəbimizin həyətyanı sahələri təmizləndi, ağacların dibi belləndi, abadlıq işləri görüldü. Habelə müəllimlərimiz şagirdlərə ilk çərşənbə olan su çərşənbəsinin mahiyyəti, adətləri barədə geniş məlumat verdi. İməciliklər növbəti çərşənbələrdə də davam edəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi