“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə biologiya müəllimi Kəmalə Gülməmmədovanın təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə əsasən “Dəyirmi masa” təşkil olunub. “Dəyirmi masa”nın təşkil olunmasında əsas məqsəd şagirdlərin diqqətini ətraf mühit problemlərinə, onların həllinə yönəltmək və gələcəkdə mümkün fəsadların qarşısını almaqda ekoloji təhsilin və bu istiqamətdə maarifləndirmənin vacibliyini vurğulamaqdır. Şagirdlərə ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, həmçinin ətraf mühitin qorunması istiqamətində görülməli işlər barədə geniş məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi