“Ətraf mühiti qorumalıyıq!”

   Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Məhz buna görə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə biologiya müəllimi Ləman Namazovanın rəhbərliyi, 7b sinif şagirdlərinin iştirakı ilə “Ətraf mühiti qorumalıyıq!” mövzusunda dərs məşğələsi təşkil olunub. Şagirdlərə ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, həmçinin ətraf mühitin qorunması istiqamətində görülməli işlər barədə geniş məlumat verilib. Dərs prosesi zamanı şagirdlərə “Yaşıl sinif”lərdə yaradılan ekoloji guşələrdə dibçək güllərinə düzgün qulluq etmək qaydaları öyrədilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi