Şagirdlərimiz FİSO Olimpiadasının qaliblərindəndir

   Bakı Ali Neft Məktəbinin (BANM) konfras zalında FİSO Olimpiadasının Riyaziyyat və İngilis dilləri üzrə Azərbaycan seçim turunun mükafatlandırma mərasimi keçirilib. Azərbaycanın müxtəlif bölgələrində təhsil alan məktəb şagirdlərinin akademik nailiyyətlərini qeyd etmək məqsədilə təmtəraqlı mərasim təşkil olunub. Tədbirdə çıxış edən BANM rektoru Elmar Qasımov şagirdlərin səylərini yüksək qiymətləndirildiyini söyləyib və onları təbrik edib.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 5d sinif şagirdi Orxan Qarayev və 8e sinif şagirdi Kənan Qarayev FİSO Olimpiadasının Riyaziyyat yarışmasında iştirak ediblər. Orxan Qarayev qızıl medal və sertifikatla, Kənan Qarayev bürünc medal və sertifikatla mükafatlandırılıblar. Şagirdlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi