“Bütöv Azərbaycana ilk bahar gəlir” adlı Novruz guşələri yaradılıb

   Təhsil alanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin foyesində “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı Novruz guşələri yaradılıb. Baharın gəlişindən xəbər verən Novruz bayramı ilə əlaqədar olaraq Novruz adət-ənənələrini canlandıran və müxtəlif bölgələrimizi tərənnüm edən guşələrdə mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırıcı əl işləri nümayiş etdirilib. Həmçinin Novruz bayramında süfrələri bəzəyən milli mətbəximizin nümunələrindən təşkil olunmuş xonçalar nümayiş etdirililib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi