Azərbaycan dili- milli varlığımızdır

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023/2024-cü tədris ilinə dair Fəaliyyət Planına əsasən “Dilimizi qoruyaq” şüarı altında görülən işlər davam edir. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Kamallının rəhbərliyi, 4e sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan dili- milli varlığımızdır” mövzusunda müsabiqə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

   Şagirdlər ana dilimizə həsr edilən şeirlər söyləyib, divar qəzetləri hazırlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi