“1 mart- Ümumdünya Mülki Müdafiə Günü"dür

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə "1 mart- Ümumdünya Mülki Müdafiə Günü"nə həsr olunmuş “Açıq dərs”lər keçirilib. “Açıq dərs”lərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir. Şagirdlərə fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib. Həmçinin şagirdlər mövzu ilə əlaqədar müxtəlif rəsmlər və divar qəzetləri hazırlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi