Sağlam həyat tərzi

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə təhsilalanlarda fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi məqsədilə görülən işlər davam edir. Məktəbin ibtidai sinif müəllimi Fidan Mirzəyeva mütəmadi olaraq şagirdlərlə gimnastika edir, bunun onların fiziki sağlamlığının, xoş əhval-ruhiyyəsinin və orqanizmin müqavimət qabiliyyətinin artırılmasına xidməti barədə məlumat verir.

   Sağlam həyat tərzi dedikdə sağlam qidalanma da vacib amillərdəndir. Bu məqsədlə məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyeva 3c sinif şagirdləri ilə görüş keçirib. Şərqiyyə Əliyeva düzgün qidalanma ilə bağlı şagirdlərə maarifləndirici məlumatlar verib, bütün yaşlarda, xüsusən azyaşlıların və yeniyetmələrin qida rasionunu maksimum meyvə və tərəvəzin təşkil edilməli olmağının əhəmiyyətini səsləndirib.

   Şagirdlər də öz növbəsində tənəffüs zamanı meyvə və tərəvəzlərə üstünlük verərək qidalandıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi