Psixoloq saatı: Hər birimiz bir çiçək

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin psixoloqu Şəfəq Soltanova 3a sinif şagirdləri ilə əyləncəli və öyrədici görüş keçirib.Görüşün keçirilməsində əsas məqsəd şagirdlərdə sağlam düşüncələrin təşəkkülünə, yaradıcı qabiliyyətin inkişafına, fikir və ideyaların sərbəst irəli sürülməsinə şərait yaradılması, eləcə də məktəbə inamın artırılmasıdır.

   Görüş zamanı şagirdlərə məktəbin yaradıcı və sağlam mühit üzərində qurulduğu, idarəetmənin demokratik prinsiplərə əsaslandığı, burada müəllim və şagirdlər üçün inkişafa xidmət edən əlverişli şərait yaradıldığı fikri çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi