Bakı Müasir İncəsənət Muzeyinə ekskursiya təşkil olunub

   Məktəblilərin asudə vaxtının maraqlı təşkili pedoqoji kollektivin də əsas vəzifələrindən biridir. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə dərs və məşğələlər  qurtardıqdan sonra, müxtəlif intelektual və musiqili yarışlar, viktorinalar və digər tədbirlər həyata keçirilir, həmçinin teatrlara və muzeylərə gəzinti təşkil edilir. Məktəbin 6a sinif şagirdlərinin fizika müəllimi Günay Həsənovanın rəhbərliyi ilə Bakı Müasir İncəsənət Muzeyinə ekskursiyası təşkil olunub. Ekskursiya iştirakçılarına əsasən avanqard tərzdə işləyən azərbaycanlı rəssam və heykəltəraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanovun əsərləri haqqında ətraflı məlumat verilib. Şagirdlər muzeydə yerləşən uşaq incəsənəti zalı, kitabxana, restoran, videozal və art kafe ilə yaxından tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi