Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunub

   Məktəblilərin asudə vaxtının maraqlı təşkili pedaqoji kollektivin də əsas vəzifələrindən biridir. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə dərs və məşğələlər  qurtardıqdan sonra, müxtəlif intelektual və musiqili yarışlar, viktorinalar və digər tədbirlər həyata keçirilir, həmçinin teatrlara və muzeylərə gəzinti təşkil edilir. Məktəbin 6c sinif şagirdlərinin təsviri incəsənət müəllimi Lətafət Haqverdiyevanın rəhbərli ilə Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiyası təşkil olunub. Şagirdlər muzeyin iki qonşu tarixi tikilidə - "De Burun malikanəsi" və "Mariinski Qadın Gimnaziyası" binalarında yerləşən 18000 yaxın eksponatla yaxından tanış olublar. Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən muzeydə Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəkləri, müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri haqqında ekskursiya iştirakçılarına ətraflı məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi