“Tarixin şəxsiyyət yaddaşı” adlı debat

09.02.2017-ci il tarixdə məktəbimizdə IX sinif şagirdləri arasında “Tarixin şəxsiyyət yaddaşı” adlı debat keçirildi.Debatın mövzusu dünyanın taleyini dəyişdirən II Dünya müharibəsinin baş aktyoru Adolf Hitlerin cəmiyyətə gətirdiyi bəlalar və uğurlar barəsində idi.Debat məktəbimizin tarix müəllimi Fəxriyyə Bayramovanın Hitler barəsində verdiyi kiçik məlumatla başladı.Hitler haqqında kiçik bir video-çarx nümayiş etdirildi. Debata ilk olaraq mənfi tərəf olan IX sinif şagirdləri Şabikə,Fatimə,Ayşən,Sevinc,Xədicə Hitlerin cəmiyyətə verdiyi bəlalardan,soyqırımlardan söz açdılar.Digər müsbət tərəf olaraq Nihat,Gülüstan,İsmayıl,Türfə və Nilufər Hitlerin güclü siyasətindən həmçinin gördüyü yaxşı işlərdən söz açdılar.Tərəflər bir-biri ilə müzakirələrini bitirdikdən sonra bitərəflər olan VII və X sinif şagirdləri Murad, Sahil, Xədicə, Aytac, Nuriyyə, Ayşə Hitlerin gördüyü yaxşı işlərin daha çox olduğuna inandıqlarını bildirdilər. Buna əks olaraq VII sinif şagirdləri Nərmin,Elmar,Nərgiz,Nurlan isə Hitlerin mənfi keyfiyyətlərinin daha çox olduğunu dedilər.Bitərəflər fikirlərini bitirdikdən sonra Hitlerin müsbət obraz olduğunu düşünənlər daha çox olduğu üçün müsbət tərəf qalib gəldi.Münsiflər heyəti kimi tədbirdə iştirak edən müəllimlər də öz fikirlərini bildirdilər.Sonda direktor Arzu Azadəliyeva bitərəf olaraq çıxış etdi və şagirdlər diplomlarla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi