Məktəblilərə yol hərəkəti təhlükəsizliyinin təbliği

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın və Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq dərslər keçirilib. Dərslərin  keçirilməsində əsas məqsəd şagirdlərdə ictimai piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, uşaq yol hərəkəti təhlükəsizliyi qaydalarını öyrətməkdir.

   Şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeir söyləyib, mahnı ifa ediblər. Şagirdlər tərəfindən müxtəlif əl işləri və yaradıcılıq nümunələri hazırlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi