Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi qoruyaq!

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi Yelena Şahbazovanın, rus dili və ədəbiyyat müəllimi Günel Kərimovanın təşkilatçılığı ilə 5e sinif şagirdlərindən ibarət “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

   Məktəbimizin şagirdləri bugünü əyləncəli və unudulmaz etmək üçün müxtəlif şeirlər səsləndirib, rəqslər nümayiş etdirib, mahnılar ifa ediblər. “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı hazırlanmış videoçarxlar tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi