Şagirdlərimiz “Bilim Bakı Mərkəzi”ndə

  Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin  4d sinif şagirdlərinin ibtidai sinif müəllimi  Viktoriya Səmədovanın rəhbərliyi ilə “Bilim Bakı Mərkəzi”nə ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə kömək etmək olub.
   Mərkəzin əməkdaşları 6-14 yaş aralığında olan şagirdlərin hər biri 6-8, 9-11, 12-14 yaş qrupuna uyğun olaraq təlimlərə qatıldıqlarını, həmçinin burada sahibkarlıq, Astronomiya, kosmos və aviasiya, Riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya laboratoriyalarında təlimlər keçildiyi barədə ekskursiya iştirakçılarına məlumat veriblər. Şagirdlər həm əylənib, həm öyrənərək asudə vaxtlarını səmərəli keçiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi