"Əbədi müstəqillik"

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Xalq folkloru” dərnəyinin rəhbəri Nəzakət Cahangirovanın rəhbərliyi, tarix müəllimləri Ayşəm Həsənova və Samirə Əhmədovanın təşkilatçılığı ilə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş “Əbədi müstəqillik!” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

   Tədbirin aparıcıları 1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika olduğunu səsləndiriblər. Daha sonra Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay ərzində gördüyü işlər videoçarxla nümayiş etdirilib.

    Şagirdlər müxtəlif şeirlər səsləndirib, mahnıları ifa edib, rəqs nümunələri nümayiş etdiriblər. Məktəbin direktoru Cavid Əliyev Prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan dövlətinin öz sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan etdiyini bir daha vurğulayıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi