Şagirdlərimizin ekskursiyaları davam edir

  Məktəblilərin asudə vaxtının maraqlı təşkili pedoqoji kollektivin də əsas vəzifələrindən biridir. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə dərs və məşğələlər  qurtardıqdan sonra, müxtəlif intelektual və musiqili yarışlar, viktorinalar və digər tədbirlər həyata keçirilir, həmçinin teatrlara və muzeylərə gəzinti təşkil edilir. Məktəbin rus dili və ədabiyyat müəllimi Gülnarə Orucovanın rəhbərliyi ilə 7f sinif şagirdlərinin Azərbaycan Milli Xalça Muzeyinə və Azərbaycan Milli İncəsənət Müzeyinə ekskursiyası təşkil olunub.

  Şagirdlər muzeyin iki qonşu tarixi tikilidə - "De Burun malikanəsi" və "Mariinski Qadın Gimnaziyası" binalarında yerləşən 18000 yaxın eksponatla yaxından tanış olublar. Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən muzeydə Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəkləri, müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri haqqında ekskursiya iştirakçılarına ətraflı məlumat verilib.

Gülnarə Orucova Azərbaycan xalqının mədəniyyəti, incəsənəti, musiqisilə dünyanı fəth etdiyini, bir sivil toplum kimi mədəni-mənəvi dəyərlərilə dünya mədəniyyətinə öz töhfəsini verdiyini şagirdlərin nəzərinə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi