Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub

  Mayın 23-ü Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin  5d sinif şagirdlərinin fiziki tərbiyə müəllimi  Şərafəddin Rəhimovun rəhbərliyi ilə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərimizdə hərbi vətənpərvərlik hissini gücləndirmək, onlara hərb tariximiz haqqında ətraflı bilik mənimsədilməsi olub.
   Bələdçi muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat verib. Muzey bələdçisi Gülnar Bəşirova Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatları ekskursiya iştirakçılarına çatdırıb. 

    Ekspozisiya və arxiv fond üzrə rəis müavininin müşayiəti ilə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan Ordusunun yaranması və inkişafı, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri ilə də tanış olublar.
   Texnika və silah hissə rəisi İntiqam Əkbərovun Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar haqqında verdiyi məlumat  kollektivimizdə xoş təəssürat yaradıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi