"9 may Qələbə günü"

 

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Xalq folkloru” dərnəyinin rəhbəri Nəzakət Cahangirovanın təşəbbüsü ilə “9 May Qələbə Günü”nə həsr olunmuş tədbir təşkil olunub. Tədbirin keçirilməsinin əsas məqsədi gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqətin daha da artırılması, 1941-1945-ci il Böyük Vətən Müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunması, istedadlı gənclərin üzə çıxarılmasından ibarət olub.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Tədbirin aparıcıları bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsinin həmin gün SSRİ-nin qələbəsi ilə başa çatması və faşizmin süqut etməsilə bağlı ətraflı məlumat veriblər. Tədbir iştirakçılarına şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, mahnılar ifa edilib. 7f sinif şagirdləri tərəfindən İkinci Dünya müharibəsində böyük igidlik göstərən Azərbaycan xalqının tarixinə qızıl hərflərlə adı yazılan Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Müseyib Bağırov və digər qəhrəmanlara həsr olunmuş videoçarxlar hazırlanıb.

   Məktəbin direktoru Cavid Əliyev  çıxışı zamanı Azərbaycanın faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verməsindən, bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqının cəbhəyə 600 mindən çox oğul və qızınının yola salınmasından danışıb.         

   Məktəbin rus dili və ədəbiyyat müəllimi Elçin Orucov İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı neftinin əvəzsiz rol oynadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi