“Akademik Zərifə Əliyevanın 100 illiyi”nə həsr olunmuş tədbir

   

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş “Dünyamız birdir!” adlı tədbir təşkil edilib. Tədbirdə məktəbin direktoru Cavid Əliyev, Xətai Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Mamed Rzayev, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti, fənn müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər. Tədbirdə Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Tədbirdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, mahnılar ifa edilib.

   Məktəbin direktoru Cavid Əliyev Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi