Həsən bəy Zərdabi adına Təbiət və Tarix Muzeyinə ekskursiya təşkil olunub

   

   Hər bir gəncin formalaşmasında, gələcəkdə layiqli bir şəxsiyyət kimi yetişməsində məktəbin fəaliyyəti inkaredilməzdir. Məktəblilərin asudə vaxtının maraqlı təşkili pedoqoji kollektivin də əsas vəzifələrindən biridir. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə dərs və məşğələlər  qurtardıqdan sonra, müxtəlif intelektual və musiqili yarışlar, viktorinalar və digər tədbirlər həyata keçirilir, həmçinin teatrlara və muzeylərə gəzinti təşkil edilir. Tədbirlərin təşkil olunmasında əsas məqsəd şagirdlərdə birgə şənlik, birgə məsuliyyət, kollektivə bağlılıq, digərlərinin fəaliyyətini qiymətləndirmə bacarığı, ədalətlilik, qürurlu olmaq, şəxsiyyətin  formalaşması, diqqətlilik, hazırcavablılıq, ümumi və kollektiv qayda, eləcə də digər müsbət xarakterlər formalaşdırmaqdır.

   Bu münasibətlə məktəbin 8D sinif şagirdlərinin texnologiya müəllimi Gülnarə Əsədovanın rəhbərli ilə Həsən bəy Zərdabi adına Təbiət və Tarix Muzeyinə ekskursiyası təşkil olunub. Şagirdlər muzeyin  geologiya və zoologiya adlı 2 əsas şöbəsi ilə yaxından tanış olublar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi