2 fevral- "Gənclər Günü" münasibətilə gənc müəllimlərimiz mükafatlandırıldı

   Bu tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən,fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yaşayır.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin gənc müəllimləri bu əlamətdar gün münasibətiylə mükafatlandırıldı.

    Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbimizin coğrafiya müəllimi Firuzə Hüseynova Xətai rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olundu.     

    Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan Gəncləri – Azərbaycanın gələcəyi” adlı tədbir keçirildi.Tədbirdə məktəbimizin bədən tərbiyəsi müəllimi Yusif Abdulrəhimov və Uşaq Birliyi Təşkilat Rəhbəri Şərqiyyə Əliyeva “2 Fevral – Azərbaycan Gəncləri Günü” nün təsis edilməsinin 25 illiyi münasibətilə fəxri fərmanla təltif olundular.

   Həmçinin Şərqiyyə Əliyeva 2 fevral 2022-ci il tarixində Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi