“Milli qürur günü”nün 32-ci ildönümünü yad edirik

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin akt zalında “20 Yanvar faciəsinin otuz ikinci ildönümü”nə həsr olunmuş “Qan yaddaşımız unudulmur !” adlı tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Cavid Əliyev başda olmaqla,Hərbi rəhbər Lətif İsmayılov,Təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Novruzova,psixoloq Şəfəq Soltanova,Uşaq Birliyi Təşkilat Rəhbəri Şərqiyyə Əliyeva,fənn müəllimləri və yuxarı sinif şagirdləri iştirak etdilər. Şərqiyyə Əliyeva 20 Yanvar hadisələri haqqında şagirdlərə ətraflı məlumat verdi.Daha sonra məktəbin coğrafiya müəllimi Firuzə Hüseynova “20 Yanvar faciəsinin otuz ikinci ildönümü”nə həsr olunmuş sənədli filmi şagirdlərə nümayiş etdirdi.

   Məktəbin ibtidai sinif müəllimləri və şagirdləri də bu tarixi günə həsr olunmuş “Milli qürur günümüz ! “adlı tədbir təşkil etdilər.Tədbirdə ibtidai sinif müəllimləri Viktoriya Səmədova,Fidan Mirzəyeva,Gülşən Şərifova,Səbinə Əlibəyova və onların şagirdləri fəal iştirak etdilər.Şagirdlər “20 Yanvar faciəsi”nə həsr olunmuş şeirlər söyləyib,səhnəciklər göstərdilər.Sonda “Şuşa” mahnısı şagirdlər tərəfindən ifa olundu.

    Məktəbin direktoru Cavid Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda nə baş verdiyindən dünyanın xəbərsiz olduğunu,Azərbaycan xalqına qarşı törədilən bu qanlı cinayəti ilk dəfə ümummilli lider Heydər Əliyevin dünyaya bəyan etməsini öz çıxışında bir daha vurğuladı.O,adını tarixə yazdıran cənab prezident İlham Əliyev və müzəffər Azərbaycan ordusunun tarixi qələbəsini bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı.

   Ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində məktəb kollektivi və şagirdlər Şəhidlər xiyabanını ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi