Məktəbimizdə “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü” qeyd olundu

   1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

   “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”- Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq,onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdlərinin iştirakı və həmin sinfin rəhbəri Gülnarə Orucovanın rəhbərliyi ilə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Daha sonra II Vətən müharibəsində iştirak etmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olundu.

   Tədbir zamanı müxtəlif videoçarxlar nümayiş olundu,şeirlər səsləndirildi,mahnılar ifa edildi.Tədbirdə məktəbin direktoru Cavid Əliyev,təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ülkər İsmayılova,Dilarə Novruzova,tərbiyə işləri üzrə direktor müavini Leyla Binnətova,UBTR Şərqiyyə Əliyeva və digər fənn müəllimləri iştirak etdilər.

   Sonda çıxış edən Cavid Əliyev ilk növbədə tədbirin təşkil olunmasında iştirak edən hər kəsə təşəkkürünü bildirib,Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsini bütün Dünya Azərbaycanlıları tərəfindən zərurət və mənəvi ehtiyac olduğunu bir daha bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi