"Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar"layihəsində 2 şagirdimiz qalib oldu

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsində qalib olmuş layihələrdən biri dəİ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin "Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar" konfransının keçirilməsi layihəsidir. Layihənin əsas məqsədi istedadlı şagirdlərin diqqətini dahi Nizaminin ölməz əsərlərinin dərindən öyrənərək,onun mütərəqqi elmi fikirlərini araşdıraraq tədqiqat aparmağa yönəltməkdən ibarət idi.Layihənin əsas vəzifələrdən biri dahi Nizaminin ədəbi-pedaqoji irsindən orta məktəblərdə pedaqoji prosesdə istifadə etmək imkanlarını müəyyənləşdirmək,şagirdlər tərəfindən müstəqil olaraq, onun əsərlərində kimya,fizika,riyaziyyat,coğrafiya,tarix,biologiya, astronomiya və s. elmlərdən istifadəyə aid məlumatları tapmaq və müasir elmi baxımdan şərh etməkdir.

    Layihə şagirdlərin diqqətini Nizami irsinin öyrənilməsinə yönəltməklə yanaşı,gənc nəslin həyat və düşüncə tərzlərinin, onlarda yaradıcı və tənqidi təfəkkürün, elmi mənbələrlə işləmək qabiliyyətinin inkişaf etdirilməsi məqsədi daşıyır. Konfransda respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak etdilər.

    Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə bu layihədə iştirak etdi.Coğrafiya fənnindən 10ç sinif şagirdi Zülfüqarlı Amin  "Nizami Gəncəvinin əsərlərində coğrafi faktlar" elmi rəhbəri coğrafiya müəllimi Firuzə Hüseynova və fizika fənnindən 10c sinif şagirdi Əliyeva Emiliya "Nizami Gəncəvinin əsərlərində fizika elmi" elmi rəhbəri fizika müəllimi Aynur Məsimova müsabiqədə iştirak etdi və 1ci yerə layiq görüldü.Beləliklə, V Qrant müsabiqəsində qalib olmuş layihədən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbə 2 məqalə qalibiyyət gətirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi