Şagird və müəllimlərimiz Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmana layiq görülüb

    Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Vətən müharibəsi - Qarabağ Zəfəri” adlı onlayn inşa yazı müsabiqəsinin Xətai rayon mərhələsi üzrə qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub.

  Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev  tədbirdə  iştirak  edərək qalibləri  təbrik  edib və gələcək  müsabiqələrdə   müvəffəqiyyətlər arzulayıblar. Təşkilatçılar müsabiqənin əhəmiyyətini qeyd edərək Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğinin vacibliyini vurğulayıblar.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Xanım Rzayeva və Elmira Rəsulova “Vətən müharibəsi - Qarabağ Zəfəri” adlı onlayn inşa yazı müsabiqəsinin keçirilməsində göstərdikləri köməkliyə görə Fəxri Fərmanla təltif olunublar.

   Eyni zamanda məktəbimizin VIII sinif şagirdi Mansurova Gülarə onlayn inşa yazı müsabiqəsində qalib olduğuna görə diplomla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi