Əsgərdən məktub

M.Nəcəfova adına 86 nömrəli məktəbin müəllim kollektivi və şagirdlərin əsgərlərimizə unvanladığı məktublara cavab olaraq N saylı Hərbi hissənin əsgərlərindən təşəkkür məktubu gəlmişdir. Həmin məktubun mətni ilə Sizi tanış edirəm.

Hörmətli müəllimlər və əziz şagirdlər!

Sizin bizlərə ünvanladığınız  məktublar bizə yetişdi və biz onları sevə-sevə ürəkdən oxuduq. Bu məktublara və bizlərə göndərdiyiniz sovqatlara görə sizlərə çox təşəkkür edirik. Qeyd etmək istəyirik ki, bizim güclü ordumuz var. Ordumuzun güclü maddi texniki təminatı, güclü silah sursatı və müasir texnologiyalı təchizatı mövcuddur. Bizim maddi təminata ehtiyacımız olmasa da, sizlər bu sovqatları bizlər üçün göndərmisiniz. Bütün bunlara görə sizlərə səmimi qəlbdən təşəkkür edirik.

Babalarımızın bizlərə qoyub getdiyi bu vətəni bu torpaqları göz bəbəyi kimi qoruyacağımıza söz veririk. XX əsrdə biz neçə dəfə mənfur qonşularımız tərəfindən etnik təmizləməyə məruz qalmağımıza, bizə qarşı dəfələrlə qırğınlar törətdikləri azmış kimi 1988-1993 cü illərdə xalqımızı ata baba yurdlarından qovmuş, “ Xocalı soyqırımı törətmiş, uşaq qatilləri olan ermənilər Dağlıq Qarabağı və ətraf rayonları da işğal edərək oradakı bizim milli mədəni irsimizi tarixi abidələrimizi məhv etməyə çalışmış və buna qismən nail olmuşlar. Amma onlar unudublar ki, bu torpaqların altı da üstü də bizimdir. Bunu saxtalaşdırmaq mümkün deyil. Ermənilər namərdcəsinə həmişəki kimi yenə də öz havadarlarının köməyi ilə tarixi şəraitdən istifadə edərək bizim torpaqlarımızı istifadə etdilər. Ancaq 28 ildən sonra Cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusu mənfur düşməndən torpaqlarımızı addım-addım, qarış-qarış təmizləyərək onlara lazımi dərsi verirlər. Bu torpaqları dağları, meşələri, şəhərləri hətta daşları belə biz Azərbaycan oğullarının qanları və canları bahasına başa gəlir. Bizim əsgər, zabit, gizir (miçman), çavuş dostlarımız bu müqəddəs yolda canlarını fəda edirlər ki, bizim soydaşlarımız öz yurdlarına qayıtsınlar və xəritəmiz kiçilməsin gələcək nəsillərə problemlər qalmasın. Sizi əmin etmək istəyirik ki, biz bunu edəcəyik. Sizlər isə əziz şagirdlər gərək yaxşı oxuyub müasir tələblərə uyğun elmlə biliklənəsiniz. Tarixi unutmayasınız. Tarix böyük həyat dərsidir. Düşmən öz xislətini unutmayacaq. Bunun üçün sizlər bizdən sonra bu vətəni qorumalısınız. Vətəndən pay olmaz. Vətən bizim namus məsələmizdir. Lazım olacaqsa biz hamımız canımızdan keçəcəyik ki, vətən sağ olsun. Üç rəngli bayrağımız yaşasın!

Hörmətli müəllimlər və pedaqoji heyət sizə kollektivimiz adından dərin təşəkkür və minnətdarlığımızı bildiririk ki, bizim xalqımızın gənc nəslini belə vətənpərvər ruhda yetişdirirsiniz.  Biz inanırıq ki, gələcəyimiz etibarlı əllərdə olacaq. Gələcək nəsil bizdən də vətənpərvər olacaq.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Azərbaycan onun rəşadətli xalqı!

Eşq olsun Ali Baş Komandanına!

Şəhidlər ölməz vətən bölünməz!

Biz inşallah sizin görüşünüzə gələcəyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi