"15 İyun-Milli Qurtuluş Günü" virtual olaraq qeyd olunub

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlamışdır.

Bu münasibətlə M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbin rəhbərliyi “15 iyun-Milli Qurtuluş Günü” ilə əlaqədar virtual olaraq zoom proqramı üzərində tədbir hazırlayıb. Tədbirdə Xətai rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Gədəbəy rayon Xarxar kənd tam orta məktəbin direktoru Səbuhi Abdullayev, Şəmkir rayon Qaracəmirli kənd tam orta məktəbin direktoru Xəyal Nəsibov, Lerik rayon Bibiyoni kənd tam orta məktəbin direktoru Nəriman Qafarov, Neftçala şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Nazim Dadaşov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cavid Əliyev qonaqları və şagirdləri bayram münasibətilə təbrik edib, milli qurtuluş gününün mahiyyəti haqqında şagirdlərə ətraflı məlumatlar verib. Tədbir 5-ci sinif şagirdi Nəriman Əmirovun “15 iyun-Milli Qurtuluş Günü”nə hazırladığı videoçarxla başlayıb. 

Daha sonra söz Xətai rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanova verilib. O, qeyd edib ki, 1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən ulu öndər Heydər Əliyev xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələrək ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq olub. Respublikanın qarşısında duran problemlər həll olunub, əmin-amanlıq, siyasi sabitlik yaranıb. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlanıb, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib.

Məktəbin 11-ci sinif şagirdi Murad Dadaşzadə Milli Qurtuluş Günü haqqında virtual olaraq məlumat verib, 90-cı illərin əvvəllərində baş vermiş ictimai-siyası hadisələri tarixi-xronoloji ardıcıllıqla şərh edən M.Dadaşzadə, hadisələr zamanı ümummilli lider Heydər Əliyevin göstərdiyi qətiyyət və siyasi müdrikliyi xüsusi qeyd edib və bu sayədə xalqımız daha böyük bəlalardan xilas olunduğunu diqqətə çatdırıb. Məktəbin tarix müəllimi Samirə Şıxəliyeva, məktəb üzrə Həmkarlar Təşkilatının sədri Gülsüm Nəsibova Ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında şagirdlərə daha ətraflı məlumat veriblər. Belə ki, ümummilli liderin hakimiyyəti dövrlər üzrə təhlil edilib, Ulu öndərin xalqı qarşısında göstərdiyi xidmətlər, örnək həyat hekayəsi və şəxsiyyəti haqqında söhbət açılıb.

Videokonfrans formatında təşkil edilmiş görüşdə məktəbin müxtəlif siniflərində təhsil alan şagirdlər öz çıxışları ilə iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi