Tanınmış sənətkarların şagirdlərimizə bayram təbriki

M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbin rəhbərliyi “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş şagirdlərlə tanınmış şəxslərin onlayn  görüşünü təşkil edib. Onlayn görüş zamanı uşaqların sevinci hiss olunurdu.

Görüşdə aktyorlar və digər sənət nümayəndələri aktyorlardan, dramaturgiyadan, teatrın insan həyatındakı rolundan danışdılar. Uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırdılar.

Görüşün keçirilməsində əsas məqsəd uşaqlarda özünəinam, dünyagörüşünün formalaşması, Vətənə məhəbbət, dostluq, sülhsevərlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək, onlar arasında daha yüksək əhval-ruhiyyə yaratmaqdan ibarətdir.

Sonra uşaqlar öz ifaları ilə bütün dünyanı onların hüquqlarını müdafiə etməyə çağırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi