Müəllimlərin təşəbbüsü ilə virtual təlim keçirilib

Mayın 16-sı saat 11:00-da “Virtual Məktəb” layihəsi çərçivəsində M.Nəcəfov adna 86 nömrəli tam orta məktəbin müəllimlərinin Microsoft Teams platformasında virtual görüşü keçrilib. Virtual görüşü giriş sözü ilə açan məktəbin direktoru Cavid Əliyev görüşdə məqsəd Prezident İlham Əliyevin CİSCO şirkətinin rəhbərləri ilə videokonfransında məktəblərimizin koronovirusa görə tədris ilinin sonuna qədər birmənalı olaraq açılmayacağı fikrini müəllimlərin nəzərinə çatdırmaqdan və məsafədən təhsil imkanlarını daha da genişləndirilməsini təmin etməkdən ibarət olduğunu qeyd etdi.
Məktəbin informatika müəllimi Lalə Abudova müəllimlərə platformada iş və istifadə qaydaları mövzusunda təlim keçib. Virtual dərs zamanı qarşıya çıxan suallara aydınlıq gətirilib. Təlimdə fəal iştirak edən müəllimlər hər həftənin şənbə günü belə təlimin keçirilməsi təşəbbüsünü irəli sürüblər.