İbtidai sinif şagirdləri arasında “Nağıl” müsabiqəsi keçirilib

Dekabrın 25-26-da Mübariz Nəcəfov adına 86 №-li tam orta məktəbdə Xətai rayon orta ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında “Nağıl” müsabiqəsi keçirilib.
Müsabiqədə dünya nağıllarından (Azərbaycan daxil) 1-4-cü sinif şagirdlərinin iştirakı ilə hər bir məktəb komandası tərəfindən 15 dəqiqəlik səhnəciklər göstərilib.
M.Nəcəfov adına 86№-li tam orta məktəbin komandasını “Noxud” nağılı tamaşasını təqdim ediblər. Qalib komandalar Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılacaqlar.