9a sinif şagirdi Ayan Əhmədovanın uğuru2 fevral 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsi və “Hekayəni paylaş” videotəqdimat müsabiqəsi qalibləri mükafatlandırılıb. Sabunçu rayonu Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Ayan Əhmədova da müsabiqədə iştirak edərək diplomla mükafatlandırıldı. Şagirdimizi təbrik edirik.
11-ci sinif şagirdi Rəvan Məmmədovun uğuruSabunçu rayonu N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rəvan Məmmədov Taekvando idman növü üzrə Fortis Group-un təşkil etdiyi klublararası liqa döyüşlərində gənclər arasında 68 kq çəki dərəcəsində I yerə layiq görüldüyü üçün medal və sertifikatla təltif edildi. Şagirdimizi təbrik edirik.
"2 fevral - Gənclər Günü" münasibətilə keçirilmiş rəsm müsabiqəsiSabunçu rayon Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən "2 fevral - Gənclər Günü" münasibətilə keçirilmiş rəsm müsabiqəsində fəal iştirak etdiklərinə görə təşəkkürnamə ilə mükafatlandırıldılar. Şagirdlərimizi təbrik edirik.