Nailiyyətlərimiz

“Mənim Böyük İdeyam” (“My Big Idea”)müsabiqəsində qalibiyyətMayın 11-də “eTwinning Plus” layihəsi çərçivəsində Avropa Mükafatı qazanmış müəllimlər və “My Big İdea” müsabiqəsində qalib olmuş şagirdlər üçün mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, gələcək nəslin inkişafının bu günün müəllimlərindən asılı olduğunu nəzərə alaraq təhsil sistemində müəllim və şagirdlər üçün belə imkanların yaradılması çox vacibdir. Nazir müavini vurğulayıb ki, bu layihə hər bir təhsilverən üçün beynəlxalq təcrübədən istifadə etmək, fərqli mühitlərdə müasir metodlardan istifadə edərək tədris etmək imkanı yaradır. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri və "eTwinning" üzrə layihə koordinatoru Fidan Nəcəfova öz çıxışında layihənin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə fikirlərini bölüşüb. Çox sevindirici haldır ki, məktəbimizin fəal şagirdlərindən Əhmədova Ayan da bu müsabiqədə layiqli yer tutub.Ona növbəti müsabiqələrdə də uğurlar arzulayırıq.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan!" mövzusunda inşa yazı müsabiqəsində birincilik05.05.2022 -ci il tarixdə Sabunçu rayon Gənclər və İdman İdarəsində Sabunçu rayon tam orta məktəb şagirdləri arasında keçirilmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş "Heydər Əliyev və Müasir Azərbaycan!" mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırılması keçirilmişdir.Məktəbimizin fəal şagirdlərindən Cəbrayılzadə Nurlan I yerə layiq görülmüşdür. Yaş qrupları üzrə I-II-III yerləri tutmuş iştirakçılar rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunmuşdur.

Karatedə birincilik"Aura " İdman klubunun cüdo güləşi üzrə kiçik yeniyetmələrin açıq birinciliyində 60 kq çəki dərəcəsində İbişov Sadiq I yerə, Azərbaycan Karate Təşkilatının açıq birinciliyində Rahil Məhərrəmli 10-11 yaşlar arası 40+kq çəkidə II yerə layiq görülmüşdür.Şagirdlərimiz diplom və medallarla təltif olunmuşdur.

HAQQIMIZDA

1970 - ci illərdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən orta məktəblərdən 72,74,169,213 nömrəli məktəblər beynəlmiləl məktəblər kimi fəaliyyət göstərirdi. 1969 - cu ildə Ulu öndər Heydər Əliyevin sərəncam...

BİZİM FƏXRLƏRİMİZ

Mətin Mazanov Şahin

Mələk Hacıyeva Qasım

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi