"Şuşanın dağları " adlı yaradıcılıq festival-müsabiqəsində III yer Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Şuşanın dağları " adlı yaradıcılıq festival-müsabiqəsinin yekun mərhələsi keçirilib
Festival-müsabiqənin məqsədi - Uşaqlarda milli vətənpərvərlik ruhunu tərbiyə etməklə, yüksək mənəvi-əxlaqi keyfiyyətləri aşılamaq,tarixi keçmişimizi dərindən öyrənmək və onu düzgün qiymətləndirmək bacarığını formalaşdırmaq,sərbəst şəkildə şeir söyləmək qabiliyyətini üzə çıxarmaq,nitq mədəniyyətinə,bədii ifaçılığa,incəsənətə,musiqiyə olan marağı artırmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməklə yanaşı milli-mənəvi dəyərlərimizi qoruyub təbliğ etməkdir.
"1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş "Çıxdı günəş,doldu cahan nur ilə"adlı respublika uşaq yaradıcılıq festival-müsabiqəsində iştirak edənlər vətənimizin suverenliyi uğrunda canından keçən Azərbaycan əsgərinin döyüş rəşadəti,Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanın zəngin mədəni irsi,işğaldan azad olunan torpaqlarımızda yenidənqurma və bərpa işlərinin tərənnümü,Qarabağın gözü olan Şuşanın tarixi abidələri və zəngin təbiəti mövzularında çıxış ediblər.
Məktəbimizin şagirdləri də bu festival- müsabiqədə iştirak etmişdir. Onlar "Azərbaycan əsgəri" adlı rəqslə çıxış edərək III yerə layiq görülmüşlər.Qaliblər və fəal iştirakçılar diplomlarla təltif olunublar.
"Çıxdı günəş,doldu cahan nur ilə"adlı respublika uşaq yaradıcılıq festival-müsabiqəsində I YERAzərbaycan Respublikası Prezidentinin 2017 - ci il 14 dekabr tarixli 3498 nömrəli sərəncamı ilə təsdiq edilmiş 2018-2024- cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inkluziv təhsilin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr keçirilir.Bunu əsas tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi respublika üzrə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında respublika uşaq yaradıcılıq festival-müsabiqəsi təşkil etmişdir.Bu yaradıcılıq festival-müsabiqəsində sağlamlıq imkanları məhdud uşaqlar da digər həmyaşıdları ilə birgə iştirak etmişdir. Keçirilən bu festival-müsabiqənin məqsədi gənc nəslin istedad və bacarıqlarını üzə çıxarmaq,xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına və inklüziv təhsil sisteminin inkişafına şərait yaratmaq,uşaqlarda nitq mədəniyyətinə,bədii ifaçılığa ,şeirə ,incəsənətə ,musiqiyə olan marağını artırmaq və yaradıcılıq bacarığını inkişaf etdirmək, uşaqlara dğvlət qayğısını gücləndirmək və onların hüquqlarını müdafiə etmək,cəmiyyətin diqqətini uşaq müdafiəsinə yönəltmək idi.
"1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş "Çıxdı günəş,doldu cahan nur ilə"adlı respublika uşaq yaradıcılıq festival-müsabiqəsində məktəbimizin şagirdləri də iştirak etmişdir.Onlar hind rəqsi ilə çıxış edərək I yerə layiq görülmüşlər.Qaliblər və fəal iştirakçılar diplomlarla tətif olunmuşlar.
"Şuşa ili"-nə həsr olunmuş "Zəfər zəngi"adlı məktəblərarası bilik yarışında I yerSabunçu rayonu 170 nömrəli tam orta məktəbdə keçirilən "Şuşa ili"-nə həsr olunmuş "Zəfər zəngi"adlı məktəblərarası bilik yarışında məktəbimizin "Dəmir yumruq" adlı komandası I yeri tutmuşdur.Komandanın üzvləri diplomla təltif olunmuşdur.