Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıbBakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
N.İsmayılov adına 80 nömrəli tam orta məktəb final mərhələnin qalibi olub.Eyni zamanda finalçılar Qaragözov Cavidan,Mustafayev Mikayıl,Əliyeva Fatimə diplom və medalla mükafatlandırılıb.Qaragözov Cavidan Final mərhələnin fizika fənni üzrə fərdi nominasiyada 1-ci yeri tutub. Şagirdlərimizi və bu işdə əməyi olan müəllimlərimizi təbrik edirik.
VIII "a" sinif şagirdi Bayramlı Əkbərin uğuru.N.İsmayılova adına 80 nömrəli tam orta məktəbin VIII "a" sinif şagirdi Bayramlı Əkbər Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid polkovnik Arazov Ənvər Talış oğlunun əziz xatirəsinə həsr edilmiş açıq karate turnirində I yerə layiq görülmüşdür.
Şagirdimizi təbrik edirik.
X 'a' sinif şagirdi Qaragözov Cavidanın uğuru.N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin X 'a' sinif şagirdi Qaragözov Cavidan BEYNƏLXALQ CAMBRIDGE ENGLISH ƏSASLI "WILLIAM SHAKESPEARE" İNGİLİS DİLİ OLİMPİADASININ 3cüsü olmuşdur,eyni zamanda RFO.nun fizika fənni üzrə Respublika mərhələsinə qədər uğur qazanmış,Bakı Elm Olimpiadasinda komanda üzvüdür və komandamız final mərhələsinə keçən komandalardan biridir.
Şagirdimizi hər bir uğuruna görə təbrik edirik,ona uğurlar arzulayırıq.