Nailiyyətlərimiz

Məktəbin idman komandasının uğuru.N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin futbol komandası Ümumilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş 2 futbol turnirində iştirak etmişdir.Bir futbol turnirində 47 məktəb arasinda 3cü yerə layiq görüldu,növbəti futbol turnirində isə Bakı şəhəri məktəbləri arasından 1/4 finala qədər irəliləmişdir.Bu naliyətlərinə görə Gənclər və İdman Nazirliyi tərəfindən komandanın hər bir üzvünə idman geyimi ,idman ayaqqabısı və velosiped hədiyyə olundu. Məktəb rəhbərliyi bu uğur münasibətilə hər bir şagirdi təbrik edərək,diplomlarla təltif etdi. Şagirdlərimizi və komanda rəhbəri S.Kənan müəllimi təbrik edirik.

80 nömrəli məktəbin komandası Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının final mərhələsinin 1-ci yerinə layiq görüldülər.03.05.2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının final mərhələsi keçirilib. Finalda 12 komanda iştirak edib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Təlimə Dəstək Mərkəzinin direktoru Anar Mustafazadə və mərkəzin metodisti Qılman Eyvazov yarış iştirakçılarına uğurlar arzulayıblar. Sonra çağırışaqədərki hazırlıq fənni üzrə 10-cu sinfin tədris proqramı əhatə olunmaqla hərbi sahəyə dair məntiqə əsaslanan, gəncləri düşündürməyi bacaran, gələcək həyatlarında onlara lazım olacaq bilikləri özündə əks etdirən 25 sual təqdim edilib və yarışın qalibləri müəyyən olunub. 1-ci yeri 80 nömrəli tam orta məktəbin, 2-ci yeri 220 nömrəli məktəb-liseyin, 3-cü yeri isə 55 nömrəli tam orta məktəbin komandaları tutublar. Qalib komandalar və həmin təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən diplomla mükafatlandırılıblar.

4E sinif şagirdi Mazanov Fatehin uğuruBakı şəhəri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin 4E sinif şagirdi Mazanov Fateh SASMO-2024 (Singapore & Asian Schools Math Olympiad) beynelxalq riyaziyyat olimpiadasında yüksək bal toplayaraq ölkə ikincisi olmuş və qızıl medal qazanmışdır. Sinif rəhbəri: Qasımova Gülmirə

HAQQIMIZDA

1970 - ci illərdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən orta məktəblərdən 72,74,169,213 nömrəli məktəblər beynəlmiləl məktəblər kimi fəaliyyət göstərirdi. 1969 - cu ildə Ulu öndər Heydər Əliyevin sərəncam...

BİZİM FƏXRLƏRİMİZ

Afaq Əlizadə Əli

Mətin Mazanov Şahin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi