Kiçik Akademiya

“Qida təhlükəsizliyi” ilə bağlı elmi seminarMəktəb-universitet əməkdaşlığı çərçivəsində Sabunçu ray. Nazim İsmayılov adına 80 nömrəli məktəb olaraq ADA Universitydə səfərdə olduq. Universitet Azərbaycanda yaradılmış beynəlxalq təhsil mühiti olaraq şagirdlərə geniş imkanlar təqdim etdi. Səfər zamanı şagirdlər italyan professor tərəfindən “Qida təhlükəsizliyi” ilə bağlı elmi seminarı dinlədikdən sonra Universitetin fəaliyyət planı ilə tanış oldular. Elşad Göyüşöv bu Universitetin yaranma tarixi, fakültələri, məzunları, karyera mərkəzi, universitetin üstünlükləri və qəbul qaydaları ilə şagirdləri yaxından tanış etdi. Sonda universitet nümayəndəsi şagirdlərin suallarını cavablandırdı. Şagirdlər ekskursiyadan gözəl təəssüratlarla qayıtdılar.

Ətraflı

80 nömrəli məktəbdə musiqi şöləni keçirildi.Bugün 80 nömrəli məktəbdə musiqi şöləni idi. Məktəbin Kiçik Akademiya heyətinin təşkilatçılığı ilə musiqi sahəsində istedadı olan, bacarığı olan bütün şagirdləri bir araya topladıq. Məqsəd onların bacarıqlarını rəğbətləndirmək, istedadlarını üzə çıxarmaq, birlikdə zaman keçirmək və ən əsası musiqi ilə ruhumuzu qidanlandırmaq idi. Layihəyə müxtəlif musiqi alətlərində ( tar, kamança, skripka, piano, gitara) ifa edən şagirdlər, səsi və avazı olan, musiqi duyumu olan bir çox şagirdlər cəlb olunmuşdu. Eyni zamanda musiqi müəllimlərimiz və bir çox fənn müəllimlərimiz də bugününü bizimlə rəngləndirdi. Bizimlə birlikdə bu özəl günə rəng qatan məktəb rəhbərimiz Təranə xanıma öz dərin minnətdarlaığımızı bildiririk. Göstərdiyi dəstəyə görə Aydan Müəllimə təşəkkür edirik.

Ətraflı

Kiçik Akademiyanın uğuru.Dekabrın 6-sı 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə təşkil olunmuş II mərhələ üzrə rayon konfransının qalibləri, fərqlənənləri və iştirakçılarının təltifetmə mərasimi keçirilmişdir. Mərkəz məktəbin direktoru Nizami Qasımzadə qonaqları, şagirdləri salamlayaraq təltifetmə mərasimi haqqında danışdı. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə 80 nömrəli tam orta məktəbin şagirdi Balayeva Gülzar və elmi rəhbəri Afət Nəbiyeva birincilik əldə edərək Sertifikat ilə təltif olundu.

Ətraflı

BRAİN RİNGMəktəbimizdə Kiçik Akademiyanın üzvləri, IX siniflər arasında fizika fənnindən "Zəfərimizdə fizikanın rolu" adlı Brain Ring keçirildi...Məqsəd şagirdlərə fizika fənninin vacibliyini aydınlatmaq ,həm də sevdirmək idi. Şagirdlər yarışda fəal iştirak etdilər.

Ətraflı

Şirvan Milli Parkına ekskursiya20.05.2022 -ci il tarixdə kiçik akademiyanın üzvləri Ekologiya kafedrasının rəhbəri Qəhrəmanova Aynur və Kiçik Akademiyanın Prezidenti İbrahimova Könülün rəhbərliyi ilə Şirvan Milli parkına ekskursiya etmişlər. Ekskursiya GIZ alman şirkətinin tur rəhbərinin əməkdaşlığı ilə təşkil olunmuşdur.Ekskursiyada əsas məqsəd şagirdləri Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşmüş ceyranlar və o ərazi üçün səciyyəvi olan fauna növləri ilə tanış etmək, ekoloji monitorinq həyata keçirmək,ekoloji maarifləndirmək idi.

Ətraflı

20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar dəyirmi masaQanlı Yanvar hadisələrindən 32 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 32 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Faciənin otuz ikinci ildönümü ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə anım mərasimləri, sərgilər, konfranslar keçirilir, bu qanlı qırğın, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığı bütün dünyaya çatdırılır.Məktəbimizdə də bu istiqamətdə müxtəlif tədbirlər,dəyirmi masa keçirildi.Şagirdlər öz fikirlərini bölüşüb, hazırladıqları video-çarxı nümayiş etdirdilər.

Ətraflı

"20 YANVAR FACİƏSİ XALQIMIZIN QƏHRƏMANLIQ SALNAMƏSİDİR" ADLI RƏSM MÜSABİQƏSİ18.01.2022 -ci il tarixdə məktəbimizdə "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı rəsm müsabiqəsi keçirildi. "Hər bir şəhid bizdən ötrü böyük itkidir,onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır." Heydər Əliyev

Ətraflı

20 YANVAR FACİƏSİ XALQIMIZIN QƏHRƏMANLIQ SALNAMƏSİDİR" ADLI ŞEİR MÜSABİQƏSİ14.01.2022 -ci il tarixdə məktəbimizdə "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı şeir müsabiqəsi keçirildi.

Ətraflı

Nizami Gəncəvi ilinə həsr olunmuş sərgidə və "Uğurlarımızla 2022-yə" adlı layihədə uğurlu fəaliyyətNizami Gəncəvi ilinə həsr olunmuş sərgidə və "Uğurlarımızla 2022-yə" adlı layihədə uğurlu iştirakına görə 7A sinif şagirdi Ayvazova Şəhla mükafatlandırılmışdır.Şagirdimizə gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Ətraflı

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İRSİNİN ÖYRƏNİLMƏSİ DƏRSLƏRİUlu öndər Heydər Əliyev irsinin öyrənilməsi və yeniyetmə olan- XI sinif şagirdlərinə aşılanması ilə müxtəlif məktəblərdə,müxtəlif təhsil ocaqlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.Məktəbimizin şagirdləri də tədbirdə iştirak etdilər.Dahi öndərin irsinin öyrənilməsi . təbliği,araşdırılması və təhlil edilməsinin vacibliyinin vurğulandığı tədbirdə Heydər Əliyevin ləyaqətli ömür yolu və siyasi hakimiyyətini özündə ehtiva edən nitqlər söylənildi.Məktəbimizin XIç sinfinin şagirdi Nurlan Cəbrayılzadə də öz fikirlərini bölüşdü.Onun çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Ətraflı

KİMYA - BİOLOGİYA AYLIĞI İLƏ ƏLAQƏDAR 8C SİNFİNİN TƏŞKİL ETDİYİ NÜMUNƏVİ DƏRSKimya-Biologiya aylığı ilə əlaqədar 8c sinfində "Ağ ciyərlər,tənəfffüs hərəkətləri, qazlar mübadiləsi" mövzusunda nümunəvi dərs keçirildi.Dərs iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.

Ətraflı

Azərbaycan Dövlət Pedoqoji Universitetində ekskursiya27.11.2019 tarixdə Kiçik Akademiyaların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin müvafiq əmrinə və məktəbn illik fəaliyyət planına əsasən məktəbimizin fəalları Azərbaycan Dövlət Pedoqoji Universitetində olmuşlar. E.Abbasovun elm muzeyində olan qurğuların işləmə prinsipi və quruluşunu bilavasitə E.Abbasovun özündən öyrənmişlər.

Ətraflı

Bayraq - Mənliyimdir..9 Noyabr tarixində məktəbimizin İbtidai siniflər üzrə bölməsinin rəhbəri Gülanə Əliyeva və KA Prezidenti Könül İbrahimova bir qrup şagirdlə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Bütün dünyaya bəyan edirik ki, bayrağımızı daim bir yumruq altında birləşərək səmadan enməyə əsla izn vermərik... Bayraq günümüz qutlu olsun!!! https://www.facebook.com/konul.becanovaibrahimova/videos/582788069160434/

Ətraflı

Şirvan Milli Parkı ilə tanışlıq..Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. 06.10.2019 tarixində məktəbimizin Kiçik Akademikləri 2009-cu ildən Cənubi Qafqazda fəaliyyət göstərən GİZ Alman şirkətinin ‘Biomüxtəlifliyin davamlı idarə olunması’ layihəsinə qoşulmuşdur. Şirkətin rəsmi nümayəndəsi Natiq müəllim Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növləri haqqında şagirdlərimizi məlumatlandırmış və canlı olaraq göstərmişdir..

Ətraflı

"Təbiətimizi qoruyaq"18.05.2019 tarixində Kiçik Akademiyamızın üzvləri Eko Aləm İctimai Birliyin təşkilatçılığı ilə Abşeron Milli Parkına səfər etmişlər. Məqsəd şagirdlərə canlı təbiətlə necə təmas qurmağı aşılamaq, onları ölkəmizin zəngin flora və faunası ilə tanış etmək, təbiətimizi qorumağın, onu tullantılardan təmizləməyin nə qədər önəmli olmasını öyrətməkdir. Parkın rəhbərliyi, Etibar müəllim şagirdləri yüksək səviyyədə qarşıladı və məlumatlandırdı, onlara maraqlı olan sualları cavablandırdı. Ölkəmizdə “qartalın dimdiyi” kimi tanınan Şahdili 1800m məsafəni şagirdlər piyada qət edərək təbiətimizin gözəlliklərinin canlı şahidi oldular. Azərbaycanımızın ən ucqar şərq nöqtəsi olan Şahdili uşaqlarda xüsusi sevgi və maraq oyatdı. Dənizkənarı tullantıları təmizləməklə az da olsa təbiətə öz qatqımızı etdik. Məktəbimiz adından şagirdlərimizə belə sevgi və qayğı ilə yanaşdığı üçün Eko Aləm İctimai Birliyinin sədri Sevil xanıma xüsusi minnətdarlığımızı bildiririk

Ətraflı

"Sən elə bir zirvəsən!" adlı bədii qiraət-şeir müsabiqəsiAkademiyamızın Humanitar kafedrasının üzvü Cəbrayılzadə Nurlan "Ümummilli Lider Heydər Əliyevin 96-cı ildönümünə" həsr olunmuş "Sən elə bir zirvəsən!" adlı bədii qiraət-şeir müsabiqəsində II yer tutmuşdur.

Ətraflı

"Şəxsiyyətin məhvinə aparan yollar" rəsm müsabiqəsiAkademiyamızın Təsviri incəsənət kafedrasının üzvü Bayramova Xədicə "Şəxsiyyətin məhvinə aparan yollar" adı altında Sabunçu rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsində I yer tutmuşdur.

Ətraflı

Ümumilli Lider Heydər Əliyevin 96-cı il dönümünə həsr olunmuş intellektual çempionatMəktəbimizin İntellektual oyun və məntiq kafedrasının üzvləri Sabunçu Gənclər evinin təşkilatçılığı ilə keçirilən Ümumilli Lider Heydər Əliyevin 96-cı il dönümünə həsr olunmuş intellektual çempionatda 47 məktəb arasında I yer tutmuşdur.

Ətraflı

Balaca yazarKiçik akademiyamızın ibtidai bölməsinin 4-cü sinif şagirdi Hamlet Cəfərin "Hasar" adlı kitabı nəşr olundu. Gələcək işlərində uğurlar arzulayırıq.

Ətraflı

“Kiçik Akademiya”16 aprel 2019-cu il tarixində məktəbimizdə “Kiçik Akademiya” yaradıldı. “Kiçik akademiya” nın prezidenti məktəbin informatika müəllimi Könül İbrahimova təyin edildi. Yeni yaranmış Akademiyaya rəhbərlik tərəfindən uğurlar diləndi.

Ətraflı
HAQQIMIZDA

1970 - ci illərdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən orta məktəblərdən 72,74,169,213 nömrəli məktəblər beynəlmiləl məktəblər kimi fəaliyyət göstərirdi. 1969 - cu ildə Ulu öndər Heydər Əliyevin sərəncam...

BİZİM FƏXRLƏRİMİZ

Mətin Mazanov Şahin

Fateh Mazanov Şahin

HAQQIMIZDA

1970 - ci illərdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən orta məktəblərdən 72,74,169,213 nömrəli məktəblər beynəlmiləl məktəblər kimi fəaliyyət göstərirdi. 1969 - cu ildə Ulu öndər Heydər Əliyevin sərəncam...

BİZİM FƏXRLƏRİMİZ

Mətin Mazanov Şahin

Fateh Mazanov Şahin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi