Şirvan Milli Parkı ilə tanışlıq..

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. 06.10.2019 tarixində məktəbimizin Kiçik Akademikləri 2009-cu ildən Cənubi Qafqazda fəaliyyət göstərən GİZ Alman şirkətinin ‘Biomüxtəlifliyin davamlı idarə olunması’ layihəsinə qoşulmuşdur. Şirkətin rəsmi nümayəndəsi Natiq müəllim Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növləri haqqında şagirdlərimizi məlumatlandırmış və canlı olaraq göstərmişdir..
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi