“Qida təhlükəsizliyi” ilə bağlı elmi seminar

Məktəb-universitet əməkdaşlığı çərçivəsində Sabunçu ray. Nazim İsmayılov adına 80 nömrəli məktəb olaraq ADA Universitydə səfərdə olduq. Universitet Azərbaycanda yaradılmış beynəlxalq təhsil mühiti olaraq şagirdlərə geniş imkanlar təqdim etdi. Səfər zamanı şagirdlər italyan professor tərəfindən “Qida təhlükəsizliyi” ilə bağlı elmi seminarı dinlədikdən sonra Universitetin fəaliyyət planı ilə tanış oldular. Elşad Göyüşöv bu Universitetin yaranma tarixi, fakültələri, məzunları, karyera mərkəzi, universitetin üstünlükləri və qəbul qaydaları ilə şagirdləri yaxından tanış etdi. Sonda universitet nümayəndəsi şagirdlərin suallarını cavablandırdı. Şagirdlər ekskursiyadan gözəl təəssüratlarla qayıtdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi