HAQQIMIZDA

1970 - ci illərdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən orta məktəblərdən 72,74,169,213 nömrəli məktəblər beynəlmiləl məktəblər kimi fəaliyyət göstərirdi. 1969 - cu ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə yeni tikilmiş məktəb sırf milli məktəb kimi fəaliyyətə başladı və yuxarı qeyd olunmuş məktəblərin Azərbaycan bölmələri əsasında 80 nömrəli orta məktəb fəaliyyətə başladı. Bu illər ərzində məktəbimizin bir çox uğurları olmuşdur. 1971 - ci ildən başlayaraq məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin baza məktəbinə çevrilmiş, SSRİ miqyasında, eləcə də xarici qonaqlar bu məktəbin iş təcrübəsi ilə tanış olmaq üçün məktəbin qonağı olmuşlar. Təhsil Nazirliyinin xəttilə məktəbin iş təcrübəsi müxtəlif illərdə aşağıdakı mövzularda respublika miqyasında yayılmışdır: 1. "Şagirdlərlə müstəqil işin təşkili" 2. "Məktəbdə şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınaraq hərbi - vətənpərvərlik və əmək tərbiyəsinin təşkili" 3. "Altıyaşlılarla işin təşkili təcrübəsindən" 1975 - ci ildə ümummilli lider Heydər Əliyevin məktəbə gəlişi, müəllim və şagirdlərlə səmimi görüşü və bu Böyük şəxsiyyətin tövsiyələri müəllim və şagirdləri daha yaxşı işləməyə və daha yaxşı oxumağa şövq etmişdir. Bunun nəticəsidir ki, məktəb uzun illər "Nümunəvi məktəb" adını qoruyub saxlaya bilmişdir. Məktəbin iş təcrübəsi ilə əlaqədar çıxışlar Sovetlər miqyasında keçirilən konfranslarda da olmuşdur: 1. Tallin şəhərində: - " Məktəbdə şagirdlərin hərbi - vətənpərvərlik və fiziki tərbiyə dərslərinin təşkilində hami təşkilatın köməyi" 2. Minsk şəhərində: - " 6 yaşlılarla işin təşkili təcrübəsindən" 3. Bolqarıstanda: - " Məktəbin iş təcrübəsindən". Məktəb 2010 - cu ildə Respublikanın 50 pilot məktəbində Təhsil Nazirliyi və "British Council"-ın birgə layihəsi çərçivəsində "İngilis dilinin intensiv tədrisi" üzrə layihəyə qoşulmuşdur. 80 - cı illərdə məktəb Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı və qalibi olmuş, gümüş medala layiq görülmüşdür. Məktəbin yetirmələri təkcə Azərbaycanın deyil eyni zamanda Rusiyanın müxtəlif şəhərlərində eləcə də xarici ölkələrdə təhsillərini uğurla davam edirlər. Məktəbi medalla bitirən və hazırda müxtəlif sahələrdə qazandıqları bilik və təcrübəni nümayiş etdirən şagirdlərimizdə az deyil: Bu illər ərzində məktəbin hərbi - vətənpərvərlik tərbiyəsi ilə də bağlı uğurları olmuşdur. Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində məktəb iştirak etmiş və 2010 - cu ildə qalib olmuşdur. Təhsil sahəsində məktəbin uğurları, keyfiyyət göstəriciləri, ali məktəblərə qəbulun nəticələri, 500 - dən və 600 - dən artıq bal toplayanların sayı ildən - ilə artır .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM